"Dizayn sahəsində addımlar və tövsiyyələr” adlı seminar"
18 may 2018 | Gəncə şəhəri, Azərbaycan Respublikası

18 may 2018-ci il tarixində Gəncə Gənclər Evində dizayn üzrə dərnək rəhbəri Səbinə Əliyeva tərəfindən "Dizayn sahəsində addımlar və tövsiyyələr” adlı seminar keçirilmişdir. 30 dan artıq gəncin iştirakı ilə keçirilən seminarın mövzuları gənclər tərəfindən olduqca maraqla qarşılanmışdır. Gənclərin dizayn sahəsində zövqünü yoxlamaq üçün keçirilən yarışlar, 2018-2019 yay modası, gözəl geyinməyin sirləri seminarın əsas mövzusu olmuşdur.

Daha sonra dizayner Səbinə Əliyeva hazırlamış olduğu xüsusi kitabçalar haqda məlumat vermiş, burada yer alan mövzulara toxunmuşdur. Xüsusi hazırlanmış manikenlər üzərində gənclər zövqlərini yarışaraq göstərməyə çalışmışlar. Qalib olan iştirakçılara hazırlanmış kitabçalar təqdim olunmuşdur.

Seminar daha sonra gənclərin sualları ətrafında müzakirələrlə yekunlaşmışdır.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.