"Gəncə Gənclər Debat Forumu: Yaz 2018"
19-21 may 2018 | Gəncə şəhəri, Azərbaycan Respublikası

19-21 may 2018-ci il tarixində Gəncə Gənclər Evinin dəstəyi, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin və "Gəncə Regional Debat Mərkəzi"nin birgə təşkilatçılığı ilə keçirilən "Gəncə Gənclər Debat Forumu: Yaz 2018" uğurla yekunlaşdı.

Nəzərinizə çatdıraq ki forumda Kolleclər və Univetsitetlərin "Debat Klub"larının komandaları,ümumilikdə 200 nəfərə yaxın gənc iştirak etmişdir. Kolleclər arası finalda Gəncə Musiqi Kolleci Debat Klubunun "Alfa" komandası və Gəncə Dövlət Regional Kolleci Debat Klubunun "Nano" komandası qalibiyyət uğrunda mübarizə apardı və qalib "Nano" komandası oldu. Universitetlər arası finalda isə Gəncə Dövlət Universiteti Debat Klubunun "Xaos" və Azərbaycan Texnologiya Universitetinin Debat Klubunun "Paradox" komandası qalibiyyət uğrunda mübarizə apardı və qalib "Paradox" komandası oldu. Mərasim Kollec və Universitetlərin qalib komandalarının və ən yaxşı natiqlərinin mükafatlandırılması ilə yekunlaşdı.

Qeyd edək ki, "Gəncə Gənclər Debat Forumu: Yaz 2018 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 may 2017-ci il tarixli sərəncamı ilə"Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibəti ilə" mövzusu ətrafında reallaşıb.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.