"Ümummili lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş rəsm sərgisi"
28 may 2018 | Binəqədi rayonu, Azərbaycan Respublikası

28 may 2018-ci il tarixində Gənclər və İdman Nazirliyinin və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Tələbə Gənclər Təşkilatının dəstəyi, Gənclərin Təhsil, Təlim, Peşə və İnkişaf Mərkəzi İctimai Birliyinin təşkilatçılığı ilə Binəqədi Rayonu Gənclər Evində "Ümummili lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş rəsm sərgisi" keçirilib. Sərgidə birsıra gənc rəssamların əl işləri nümayiş etdirilib və gənc rəssamlar sərgi iştirakçılarına öz əsərləri ilə bağlı məlumat veriblər.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.