“Cümhuriyyət kuboku” adlı intellektual turnir
26 may 2018 | Binəqədi rayonu, Azərbaycan Respublikası

26 may 2018-ci il tarixində Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsində Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş "Nə?, Harada?, Nə zaman?" intellektual oyunu üzrə "Cümhuriyyət kuboku" turniri keçirilib.

Turnirdə Azərbaycan Xalq Cümhuriyyətinin tarixi və ümumi dünyagörüşü ilə bağlı 30 sual iştirakçılara təqdim edilib. 8 komandanın iştirakı ilə keçirilən turnirdə sonda ilk 3 pillədə aşağıdakı komandalar yer alıb:

I yer - "Katarsis"
II yer - "Gentleman"
III yer - "Basic Life Skills" ( Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsində keçirilən eyniadlı layihənin komandası )

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.