EVS-in Azərbaycanlı koordinatorları ilə görüş
22-23 may 2018 | Binəqədi rayonu, Azərbaycan Respublikası

22-23 may 2018-ci il tarixində Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsində SALTO Şərqi Avropa və Qafqaz Resurs Mərkəzinin təşkilatçılığı ilə Avropa Könüllülük Xidmətinin (EVS) Proqramı üzrə çalışan Azərbaycanlı koordinatorların görüşü keçirilib.

2 gün davam edən təlimlərdə Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsini mərkəzimizin metodisti Həmid-Xan Tahirli və könüllüsü Gülsəba Mehdiyeva təmsil edib.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.