Rəngli Dünyam - “Autizm” adlı təlim
22 may 2018 | Gəncə şəhəri, Azərbaycan Respublikası

22 may 2018-ci ildə Gəncə Gənclər evində Gənclər üçün Təhsil Mərkəzi Gəncə Regional Ofisinin təşkilatçılığı ilə Rəngli Dünyam “Autizm” adlı təlim keçirilmişdir. Təlimdə 25 nəfərə yaxın şəhərin orta ixtisas və ali təhsil müəssisələrinin tələbələri iştirak etmişlər. Çıxış edən Gənclər üçün Təhsil Mərkəzi əncə Regional ofisinin rəhbər müavini Gülnar Məmmədova cəmiyyətdə Autizmli vu tip digər xəstəliklərlə bağlı təbliğatın aparılmasının vacibliyinə toxunmuş və gəncləri bu sahədə aktv olmağa səsləmişdir. O, bu təlimi həyata keçirmək məqsədinin insanları autizm haqqında daha geniş şəkildə məlumatlandırmaq olduğunu söyləmişdir . Təlimçilər Günül Hüseynli və Dönməz Hüseyn Aautizm haqqında ətraflı məlumat vermiş, əsas məqsədin cəmiyyətin diqqətini autizm sindromlu xəstələrə cəlb etmək olduğunu demişlər.. Belə uşaqlarda xəstəlik üç yaşa qədər özünü büruzə verir. Əgər biz bu uşaqları cəmiyyətə qazandıra bilsək, işin yarısını görmüş olarıq. Bunun üçün də ilk növbədə valideynlərin və cəmiyyətin maarifləndirilməsi zəruridir. Autizmli uşaqların sosiallaşması və cəmiyyətdə onlara münasibətin dəyişilməsi autizmli dostlarımızın cəmiyyətə qazandırılmasında effektiv vasitə olar.Bunu üçün isə autizm haqqında cəmiyyətdəki insanları daha dolğun və doğru şəkildə məlumatlandırmaq lazımdır .Məhz bizim təlimimizində missiyası budur. Məhz bu təlimi həyata keçirdiyimiz zaman insanlar autizm haqqında məlumatlı olacaq.Bu zaman insanlar autizmli dostlarımızla necə davranacaqlarını öyrənmiş olacaq.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.