Binəqədi Gənclər Evi social xidmət müəssisəsində “Layihələrin yazılması və idarəolunması” mövzusunda təlimlər keçirilib
19-20 may 2018 | Binəqədi rayonu, Azərbaycan Respublikası

19-20 may tarixlərində Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsində gənclərin istəkləri nəzərə alınaraq “Layihələrin yazılması və idarəolunması” mövzusunda təlimlər keçirilib. Təlimlərin gedişatında gənclərə layihələrin necə yazılması, icra planının işlənməsi, büdcənin hazırlanması istiqamətində praktiki biliklər verilib. Eyni zamanda təlim iştirakçılarının reallaşdırmaq istədikləri müxtəlif ideyaların layihə formasına necə gətirilməsi və bu zaman zaman gəncliyin nəbzini tuta biləcək bir sıra kreativ təkliflərin müzakirəsi aparılıb.

Qeyd edək ki, təlimlər Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsinin metodisti Mahmud Məmmədzadə tərəfindən keçirilib.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.