Binəqədi Gənclər Evi sosial xidmətmüəssisəsində “Robotexnika” günü təşkil edilib
19 may 2018 | Binəqədi rayonu, Azərbaycan Respublikası

Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsində AREA robotexnika mühəndisliyi akademiyası ilə birgə təşkilatçılıq əsasında “Robotexnikanın inkişaf tempi və gələcək perspektivləri” mövzusunda seminar təşkil edilib. Seminarda bərpa olunan enerji ,sənaye robotları , neft-qaz sənayesi ,təhsil, elmi tədqiqat və digər sahələrdə robotexnikanın gələcəyi və imkanları haqqında iştirakçılara geniş məlumat verilib. Qeyd edək ki, iştirakçılar seminar sonrası qarşıdan gələn turnirlərə hazırlıq məqsədi daşıyan təlimləri də izləmək şansı əldə ediblər.

Seminarda gənc ailələr, həmçinin, bu sahəyə maraq göstərən məktəbli və tələbələr iştirak edib və onları maraqlandıran suallara cavab tapmağa çalışıblar. Seminar AREA robotexnika və mühəndislik akademiyasının təsisçisi Rəhman Rəsulzadə tərəfindən keçirilib.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.