"Gəncə Dövlət Universiteti tələbələrinin ikinci könüllülük liderlik yaz məktəbi"
01-04 may 2018 | Gəncə şəhəri, Azərbaycan Respublikası

Gəncə Gənclər evində Gəncə şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Təhsil Nazirliyin dəstəyi, şəhər Gənclər və İdman Baş İdarəsinin Gəncə Dövlət Universiteti ilə birgə təşkil etdiyi və “Tələbələrin II Könüllülük Yaz Məktəbi” layihəsi başa çatıb.

Gəncə Dövlət Universitetinin 80 İllik yubileyinə həsr edilən layihənin keçirilməsində məqsəd tələbələrdə liderlik qabiliyyətinin artırılması, könüllü fəaliyyətin təşviqi və komanda işinin təşkilidir. 40 tələbə gəncin iştirak etdiyi layihənin ilk təlim günündə Bakı şəhərindən dəvət olunmuş Orxan Şahbazın rəhbərliyi ilə aşağıda qeyd olunan mövzular barəsində təlim keçirildi.

• Bədən Dili Nədir? • Bədən Dilində ilkin biliklər • Artikulyasiya və Jestikulyasiya Nədir? • Danışdığın insanın beynini necə analiz edə bilərsən? • Hansı nitqdə hansı jestlərdən istifadə edə bilərsən? • Yalan danışan insanı necə bilmək olar? • Diqqəti necə cəlb edə bilərsən? • Göz Əlaqələri • Praktiki Yalan • Psixoloji Testlər • Bədən Dili Oyunu • Əl-qol jestləri • Ayaq Jestləri • Baş jestləri • Müsahibə zamanı olan jestlər • Təqdimat zamanı olan jestlər və s.

Təlim gününün proqramına uyğun olaraq layihədə iştirak edən tələbə gənclərin Qonaq spikerlə görüşü keçirildi. Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının sədri,Milli Məclisin deputatı Naqif Həmzəyev tələbələrlə səmimi görüşdə iştirak etdi. Görüş zamanı Naqif Həmzəyev tələbələrlə səmimi söhbət apararaq həm özü haqda həmdə əldə etdiyi uğurlar barəsində tələbələrə məlumatlar verdi.

3-cü təlim günü . Milli Məclisin deputatı Pərvin Kərimzadə tələbələrlə səmimi görüşdə iştirak etdi. Görüş zamanı Pərvin Kərimzadə tələbələrlə səmimi söhbət apararaq həm özü haqda həmdə əldə etdiyi uğurlar barəsində tələbələrə məlumatlar verdi.

4-cü təlim günü Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov tələbələrlə səmimi görüşdə iştirak etdi. Görüş zamanı Müşfiq Cəfərov tələbələrlə səmimi söhbət apararaq həm özü haqda həmdə əldə etdiyi uğurlar barəsində tələbələrə məlumatlar verdi.

Dörd gün davam edən maraqlı layihədə bir-birindən fərqli təlimçilərin rəhbərliyi ilə müxtəlif təlimlər keçirilmişdir. Eyni zamanda intellektual yarışlar və şəhər ekskursiyaları təşkil edilmişdir. Layihənin icrası gənclər üçün maraqlı parti ilə yekunlaşmışdır.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.