“9 noyabr-Dövlət Bayrağı günü” münasibətilə tədbir
07 noyabr, 2016 | Suraxanı rayonu, Azərbaycan Respublikası

07 noyabr 2016-cı il tarixdə Suraxanı rayonu Heydər Əliyev parkında xüsusi tərtibatla bəzədilmiş “Bayraq meydanı”nda Suraxanı rayon İcra Hakimiyyəti, Azərbaycan Velosiped İdmanı Federasiyası və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “9 noyabr-Dövlət Bayrağı günü” münasibəti ilə tədbir keçirilmişdir.

Heydər Əliyev parkında yerləşən “Bayraq meydanı”ndan velosipedçilərin yürüşünə start verilmişdir. 100 nəfərdən çox velosipedçi xüsusi geyimdə dövlət bayrağı ilə rayonun Balandin, Səttar Bəhlulzadə, Atamoğlan Rzayev küçələrindən keçərək “Atəşgah Məbədi” Tarix-Memarlıq Qoruğuna, oradan Atamoğlan Rzayev, Malik Mustafayev küçələrindən keçərək “Finiş” nöqtəsinə - Bayraq meydanına gəlmişdirlər. Bütün marşrut boyu və finiş nöqtəsində velosipedçiləri gənclər, sakinlər böyük coşqu ilə bayraqlarla salamladılar.

Yürüşdən sonra rayonun Gənclər evində gənclərin iştirakı ilə keçirilən tədbirdə şagirdlərin ifasında şeirlər səsləndirildi, rayonun mədəniyyət kollektivlərinin hazırladığı konsert proqramı təqdim olundu.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.