Teatr vasitəsi ilə dialoq
10 may 2018 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

Avropa İttifaqının “Bacarıqların artırılması və vətəndaşların iştirakı ilə sülh quruculuğu” (PeaCE) proqramı çərçivəsində Y-PEER Azərbaycan Gənc Həmyaşıd Təhsili Şəbəkəsinin təşkil etdiyi "Teatr vasitəsi ilə Dialoq" sosial tamaşaları 09 may 2018-ci ildə Mingəçevir Gənclər Evində nümayiş olundu.

Tamaşanı ifa edən gənclər Y-PEER Azərbaycanın “Mingecevir Gencler Evi” Sosial Xidmət Müəssisəsinin dəstəyi ilə keçirdiyi 5 günlük teatr-əsaslı təlimlər vasitəsi ilə münaqişə və sülh sahəsi, zorakılıq və kimlik mövzusu haqqında məlumatlanmış və bir neçə gün ərzində sosial teatr texnikalarını təcrübədən keçirmişlər.

Nümayiş olunan kiçik tamaşalar sosial münaqişələr, müharibənin nəticələri, məcburi-köçkün və qaçqınlığı olan şəxslərin həyatı və çətinlikləri, eyni zamanda sülhün dəyəri mövzusunu əhatə edirdi.

Tamaşanın nümayişində 70-dən çox qonaqlar, müharibə veteranları , gənclər, vətəndaş cəmiyyəti üzvləri iştirak edirdi. Tamaşadan sonrakı müzakirələrdə qonaqlar aktiv şəkildə iştirak etdilər. Tamaşalar qeyd olunan mövzular ətrafında, sülh-quruculuğu prosesini önəmi və münaqişənin həlli üçün səylərin artırılması mövzusunda dialoq üçün imkan yaratdı.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.