Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 95-ci il dönümünə həsr olunmuş intellektual yarış
10 may 2018 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

"Mingəçevir Gənclər Evi" Sosial Xidmət Müəssisəsinin İntellektual Oyunlar Klubu Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 95-ci il dönümünə həsr olunmuş intellektual yarış keçirib. “Xəmsə” formatında keçirilən yarışda komandalar 3 qrupa bölünərək yarışıblar. Hər qrupdan ən yüksək nəticə göstərən bir komanda final mərhələsinə yüksəlib. Bunlar "Last Shot", "Revolver" və "Scorpion" komandaları olub. Gərgin keçən finalda "Last Shot" komandası rəqiblərini üstələyərək birincilik qazanıb.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.