“Aztəminatlı ailələrə özünüməşğulluğun artırılması” mövzusunda növbəti təlim
08 may 2018 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

08 may 2018-ci il tarixində “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsində “Aztəminatlı ailələrə özünüməşğulluğun artırılması” mövzusunda növbəti təlim keçirilib. Təlimdə Dövlət Siğorta şirkətinin Mingəçevir şəhəri üzrə təmsilçisi, 11 saylı Vergilər Departamentinin və Mingəçevir Dövlət Sosial Müdafiə Fondunun nümayəndələri iştirak edib. Nümayəndələr öz sahələri üzrə təlim iştirakçılarının suallarını cavablandırıb

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.