25.04.2018 –ci il tarixində Gəncə Gənclər evində tikiş və toxuculuq dərnəyinin rəhbəri Məmmədova Xatirə tərəfindən “Azərbaycan Tarixində Toxuculuq Mədəniyyəti” mövzusunda seminar keçirilmişdir. Seminarda Azərbaycanın toxuculuq tarixi, qədim və orta əsrlər toxuculuq mədəniyyəti, bədii tikmələri, xalçaçılıq kimi mövzular keçirilmişdir. Ümumilikdə 42 nəfər gəncin iştirak etdiyi seminar iştirakçıların böyük marağına səbəb olmuş və sonda toxuculuqla bağlı verilən suallar cavablandırılmışdır.