"Ganja Start Up Meet Up” proqramı
29 aprel 2018 | Gəncə şəhəri, Azərbaycan Respublikası

Gənclər üçün Təhsil Mərkəzi Gəncə Regional ofisinin və Gəncə Gənclər Evinin birgə təşkilatçılığı ilə “Ganja StartUp MeetUp” proqramı baş tutmuşdur. Proqramın birinci hissəsində:

- İnnovasiya və İnnovativ StartUp-lar;
- Startap ideyaların təyin olunması;
- Məhsul və xidmətin müəyyənləşdirilməsi;
- Biznes Modelin hazırlanması;
- Startap təqdimatının hazırlanması;
-Müştərilər və müştəri əlaqələri

Proqramın ikinci hissəsində xüsusi olaraq;
-Yerli və xarici StartUp-lar ilə tanışlıq;
-Ölkəmizin və Türkiyənin ən tanınmış StartUp-çılarının, İş adamlarının sizin üçün özəl olaraq hazırladığı video çarxların təqdimatı;
-StartUp BioBone-nin təqdimatı;
-Ümumi müzakirələr

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.