Nə? Harada? Nə zaman? intellektual oyunu
29 aprel 2018 | Gəncə şəhəri, Azərbaycan Respublikası

29.04.2018 tarixində Gəncə Gənclər Evində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, "Atəşgah" İntellektual Oyunlar Klubunun təşkilatçılığı ilə "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə "IV Azərbaycan Kuboku" çərçivəsində "Gəncə İntellektual Klubu" növbəti həftəlik oyununu keçirilmişdir

Turnirdə 14 komanda iştirak etmişdir. İlk turdan sonra liderlərin xalları aşağıdakı kimi olmuşdur.

1. BM-17(müsabiqədən kənar)
2. Elprimero – 15
3. Rekviem - 15

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.