Gender və reproduktiv sağlamlıqla bağlı keçirilən təlimlər
29 aprel 2018 | Binəqədi rayonu, Azərbaycan Respublikası

29.04.2018-ci il tarixində gənclər arasında son zamanlar ən aktual müzakirə mövzularından olan gender və reproduktiv sağlamlıqla bağlı Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsində keçirilən layihənin ilk qrupunun iştirakçıları məzun olublar. Belə ki, aparılan seçimlər sonrası layihədə iştirak etmək hüququ qazanan gənclər 3 günlük təlim proqramının icrasını uğurla tamamlayıblar.

Layihənin reallaşdırılmasında əsas məqsədlər aşağıdakılardan ibarətdir:

- Gənclərin və yeniyetmələrin sağlamlıq və rifah sahəsində maarifləndirilməsi, əsasən gender bərabərliyi, cinsi və reproduktiv sağlamlıq və hüquqlara diqqət;
- İştirakçılara bilik və bacarıqları təqdim etməklə onları hazırlamaq, habelə onları ictimai fəallar olmaq üçün gücləndirmək, onları öz icmalarında dəyişiklik etmək üçün həvəsləndirərək təşviq etmək;
- Azərbaycanda Gənclər Mərkəzlərinin planlaşdırılmış fəaliyyətinin səmərəliliyinin artırılmasına yardım etmək.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.