“Əsas həyat bacarıqları” layihəsinin yuxarı yaş qrupları üzrə bağlanış mərasimi
28 aprel 2018 | Binəqədi rayonu, Azərbaycan Respublikası

28.04.2018-ci il tarixində "Əsas həyat bacarıqları" layihəsinin yuxarı yaş qrupları üzrə son təlimi və bağlanış mərasimi keçirilib.

"Dözümlülük" mövzusunda keçirilən son təlimin ardından layihənin ümumi gedişatını özündə əks etdirən hesabat videoroliki nümayiş etdirilib.

Daha sonra Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsinin direktoru Sənan Əliyevin iştirakı ilə təltifolunma mərasimi keçirilib və iştirakçılara sertifikatlar təqdim edilib. Sonda iştirakçılar layihə haqqında təsüratlarını paylaşıb və ənənəyə uyğun olaraq ailə fotoşəkli çəkilib.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.