İlk həyat bacarıqları
22 aprel 2018 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, UNICEF və “Mingəçevir gənclər Evi” Sosial Xidmət Müəssisəsinin birgə təşkilatçılığı ilə həyata keçirilən “İlkin həyat bacarıqları” layihəsi çərcivəsində 22 aprel 2018-ci il tarixlərində böyük və kiçik yaş qrupları üçün "Tənqidi düşünmə" və "Dözümlülük" mövzularında növbəti təlimlər təşkil olunub."Tənqidi düşünmə" təlimi zamanı gənclərfakt və rəyi fərqləndirməyi, hər günkü situasiyalar barədə daha dərindən düşünmək üçün Sokratvaridüşüncə tərzindən istifadə etməyi, geniş miqyaslı situasiyaları müxtəlif tərəflərin nöqteyi-nəzərindən təhlil etməyi öyrəniblər. "Dözümlülük" mövzusunda keçirilən dərs zamanı isə impulsları gecikdirmək üçün uzunmüddətli düşünmədən istifadə etməyi vədiqqətlərini başa çatdırılması tələb olunan vəzifələrə yönəltməyi öyrəniblər, qısamüddətli düşünmə (impulsiv) ilə uzunmüddətli düşünməni (dözümlüzehniyyət) fərqləndirə bilməyi, dözümlülük haqqında oxuyacaq və kurs ərzində öyrəndikləri dözümlülükbacarıqlarını müəyyənləşdirməyi, öz davranış, münasibət və biliklərinin ötən 8 həftə boyunca necə dəyişdiyinədair misalları dərindən düşünməyə öyrəniblər.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.