“Vətənpərvərlik” mövzusunda tədbir
05 noyabr, 2016 | Sumqayıt şəhəri, Azərbaycan Respublikası

05 noyabr 2016-cı il tarixdə Sumqayıt şəhər Gənclər Evində şəhər Gənclər və İdman Baş İdarəsi və Sumqayıt Dövlət Universitetinin Tələbə-gənclər təşkilatının birgə təşkilatçılığı ilə “Vətənpərvərlik” mövzusunda tədbir keçirilmişdir.

Tədbirdə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin ən mühüm istiqamətlərindən birinin gənc nəslin vətənpərvərlik ruhunda, Azərbaycan dövlətinə və dövlətçiliyinə sadiq ruhda tərbiyəsinin olduğu iştirakçıların nəzərinə çatdırılmışdır. Qeyd olunmuşdur ki, bu gün Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında hüquqi, demokratik dövlət quruculuğu inkişaf etdirilir, gənclərin vətənpərvərlik tərbiyəsinə, o cümlədən böyüməkdə olan nəslin hərbi-vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət yetirilir.

Tədbir vətənpərvərlik, dövlətçilik, fədakarlıq, qəhrəmanlıq ideyalarını təbliğ edən filmin nümayişi ilə davam etdirilmişdir.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.