Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun İcraçı Direktoru Fərid Cəfərovla görüş
23 aprel 2018 | Gəncə şəhəri, Azərbaycan Respublikası

23 aprel 2018-ci ildə Gəncə Gənclər evində "Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun İcraçı Direktoru Fərid Cəfərovla görüş baş tutmuşdur. Gəncə şəhərində fəaliyyət göstərən Qeyri Hökümət təşkilatlarının, Eyni zamanda Gəncə şəhərinin fərqli universitetlərindən tələbə və gənclər iştrak etmişdir. Tədbir müddətində Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun İcraçı Direktoru Fərid Cəfərov gənclərə fond haqqında məlumat verdikdən sonra gənclərin suallarını cavablandırmışdır. Tədbirdə 50 –dən artıq gənc iştrak etmişdir. Tədbir bitdikdən sonra Gənclər evinin qarşısında xatirə şəkli çəkilmişdir.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.