“İşarət Dili” ilə bağlı təlim
17 aprel 2018 | Gəncə şəhəri, Azərbaycan Respublikası

Günel Məmmədovanın təşəbbüsü, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi və Gənclər evinin dəstəyi ilə Gəncə Gənclər evində işarət dili ilə bağlı təlim keçirilmişdir. Təlimdə bədən dili, təsirli ünsiyyət, liderlik və işarət dili ilə bağlı gənclərə ətraflı məlumat verən təlimçi Nuranə Abıyeva eyni zamanda layihənin davamlı olması üçün gənclərə öz təkliflərini də vermişdir. Təlimdə 45 nəfər tələbə gənc iştrak etmişdir.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.