“Müasir Gənclərin Sosial-Psixoloji Problemlərinin Həllinə Kömək” mövzusunda seminar
17 aprel 2018 | Gəncə şəhəri, Azərbaycan Respublikası

Gəncə Gənclər Evi və Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə Gənclər Evinin psixoloqu Günel Hüseynli tərəfindən “Müasir Gənclərin Sosial-Psixoloji Problemlərinin Həllinə Kömək” mövzusunda seminar keçirilmişdir.

Seminarin keçirməsində məqsəd gənclərin sosial psixoloji problemlərinin həllində kömək məqsədi daşıyırdı. Onlarla günümüzün əsas problemləri olan sosial şəbəkələr, valideyn - övlad münasibəti, zərərli vərdişlər, solomon paradoksu və s. Kimi mövzularda müzakirələr aparılıb. Tədbirdə 20 nəfər gənc iştirak edib.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.