“Gender və reproduktiv sağlamlıq” haqqında təlimlər
aprel 2018 | Binəqədi rayonu, Azərbaycan Respublikası

Gənclər arasında son zamanlar ən aktual müzakirə mövzularından olan gender və reproduktiv sağlamlıqla bağlı Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsindəpilot layihənin icrasına başlanılıb. Layihənin reallaşdırılmasında əsas məqsədlər aşağıdakılardan ibarətdir:

- Gənclərin və yeniyetmələrin sağlamlıq və rifah sahəsində maarifləndirilməsi, əsasən gender bərabərliyi, cinsi və reproduktiv sağlamlıq və hüquqlara diqqət;
- İştirakçılara bilik və bacarıqları təqdim etməklə onları hazırlamaq, habelə onları ictimai fəallar olmaq üçün gücləndirmək, onları öz icmalarında dəyişiklik etmək üçün həvəsləndirərək təşviq etmək;
- Azərbaycanda Gənclər Mərkəzlərinin planlaşdırılmış fəaliyyətinin səmərəliliyinin artırılmasına yardım etmək.

Qeyd edək ki, gənclər və yeniyetmələr üçün təlimlər 3 günlük təlim proqramından ibarət olmaqla müxtəlif qrup gənc və yeniyetmələr üçün dekabr ayına kimi təşkil olunacaqdır.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.