“4th School Session” adlı konfrans
13-14 aprel 2018 | Binəqədi rayonu, Azərbaycan Respublikası

Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsi və Avropa Gənclər Parlamenti Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə 13-14 aprel tarixlərində “4th School Session” adlı konfrans keçirilib. 100-dən çox gəncin iştirak ilə keçirilən tədbirdə iştirakçilar əsasən ADA Universiteti, Azərbaycan Respublikasinin Prezidenti Yaninda Dövlət İdarəçilik Akademiyasi, Bakı Avropa Liseyini təmsil edirdilər. Konfransda Avropanın təhsil sistemi, gender bərabərliyi, qlobal istiləşmə, intellektual mülkiyyətin qorunması və Avropa Birliyində gənclərlə bağlı bir çox aktual mövzü müzakirə obyekti olub.

Qeyd edək ki, AGP qeyri-hökumət təşkilatı olub Avropada 1987-ci ildən başlayaraq fəaliyyət göstərir. Fəaliyyəti əsasən gənclərin sosial və ictimai həyatda aktivliyini artırmağa yönəlmiş təşkilat il ərzində 40.000-ə yaxın gənci müxtəlif tədbirləri vasitəsilə birləşdirir və Avropa Birliyi tərəfindən dəstəklənir.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.