X Azərbaycan Çempionatının Mingəçevir şəhəri üzrə seçim turu
31 mart 2018 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

Mingəçevir Gənclər Evində Gənclər arasında X Azərbaycan Çempionatının 31 mart tarixində Mingəçevir şəhəri üzrə seçim turu keçirildi. Seçim turunu uğurla başa vuran 2 komanda: "Che" və "Botaniklər" komandaları Mingəçevir şəhərini Gəncə-Qazax zonası üzrə keçirələcək zona seçim turunda təmsil edəcəklər. Zona seçim mərhələsi Şəmkir rayonunda baş tutacaq. Hər iki komandamıza uğurlar arzulayırıq!

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.