“Şuşa Qalası” adlı rəsm sərgisi
05 noyabr, 2016 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Uğurlu Gəlcək” İctimai Birliyi tərəfindən “Şuşa qalası” gənclər üçün teatral formatda tanışlıq tədbirləri adlı layihə keçirilmişdir. Layihənin təlimlərində yeni nəslin Qarabağ haqqında fikirlərinin formalaşması, xususilə Şuşa Qalası haqqında məktəblilərdə ictimai şüurun formalaşması və onların daha vətənpərvər yetişməsinə dəstək olmaqla bağlı müzakirələr aparılmışdır. Orta məktəb şagirdlərinin Şuşanın, eləcə də Qarabağın müxtəlif dövrlərində maddi və mənəvi ənənələrini əks etdirən rəsmləri nümayiş olunmuş, bu rəsmlər tədbir iştirakçılarının böyük marağına səbəb olmuşdur.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.