Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş rəsm sərgisi
31 mart 2018 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

31 mart 2018-ci il tarixində "Mingəçevir Gənclər Evi" Sosial Xidmət Müəssisəsinin Rəsm dərnəyinin şagirdləri 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş rəsm sərgisi keçiriblər. Sərgidə Gənclər Evinin kollektivi, gəncləri, şagirdləri və şəhər sakinləri iştirak ediblər.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.