Aprel döyüşləri
03 aprel 2018 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

3 aprel 2018-ci il tarixində “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsində “Aprel döyüşləri”nin 2 illiyi ilə əlaqədar olaraq Mingəçevir şəhər Gənclər və İdman idarəsi, Mingəçevir şəhər Təhsil Şöbəsi və Mingəçevir şəhər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə tədbir həyata keçirilib.

B.Vahabzadənin “Bayraq” şeirinin misraları altında Azərbaycan Respublikasının Dövlət Bayrağı konfrans zalına gətirilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. İştirakçılar “Aprel Döyüşləri” zamnı həyatını itirən həmvətənlərimizin ruhunu bir dəqiqəlik sükutla yad ediblər.

Daha sonra söz Gənclər və İdman idarəsinin rəisi Kamal Nəcəfliyə verilib. Azərbaycan gənclərininn bir an təraddüd etmədən xalqı uğrunda canlarını verdiklərini deyən Kamal Nəcəfli bu döyüşlərdə şəhərimizdən də şəhidlərin olduğunu, onların əməlləri ilə xalqımızın qəlbində əbədi yer qazandığını, onların yerini alacaq minlərlə mərd oğullarımızın daha olduğunu qeyd edib.

Bu günün bizim hüzn günümüz deyil, qələbə günümüz olduğunu deyən polkovnik-leytenant Şahin Quliyev “Biz özümüzə qayıdışı, məğlubolmaz bir xalq olduğumuzun unudulmaz tarixini qeyd edirik”- deyə bildirib.

“Qarabağ Müharibəsi Əlilləri,Veteranları və Şəhid ailələri” ictimai birliyinin rəhbəri Əliağa Bəndəliyev: “Bu gün şəhidlərimizin olması qəlbimizi ağrıtsa da,bu qürur ağrısıdır”- deyə qeyd edib.

Mingəçevir qəzeti tərəfindən Mingəçevir şəhidlərinin xatirəsinə həsr olunmuş videoçarx nümayiş olunub. Daha sonra isə 2 saylı orta məktəbin şagirdlərinin hazırlamış olduğu bədii hissə konfrans iştirakçılarına təqdim olunub.

Mingəçevir şəhidlərindən Rahim Tağıyevin həyat yoldaşı söz alaraq ötən gün Rahim və digər şəhidlərimizə həsr olunmuş kitabın təqdim olunduğunu, onun şəklini orada görməyin çətinliyi qədər vermiş olduğu qüruru da diqqətə çatdırıb.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.