“Əsas həyat bacarıqları” layihəsi çərcivəsində təlimlər davam edir
31 mart-02 aprel 2018 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, UNICEF və “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin birgə təşkilatçılığı ilə reallaşdırılan "Əsas həyati bacarıqlar" çərcivəsində keçirilən təlimlər davam edir. Böyük və kiçik yaş qrupları üçün keçirilən təlimlərinin mövzuları " Fəal dinləmə" və "Şəxslərarası effektivlik" olub. Təlimlər 31 mart və 1 aprel 2018-ci il tarixlərində müəssisənin psixoloqu Seymur Səfəralıyev və dərnək rəhbərləri Firəngiz Telmanlı, Aytac Abdullayeva tərəfindən keçirilib.

Layihə çərçivəsində 2 aprel 2018-ci il tarixində 12-16 yaş arası uşaqlar üçün "Şəxslərarası effektivlik" mövzusunda növbəti dərs keçirilib. Dərs müəssisənin psixoloqu Seymur Səfəralıyev tərəfindən keçirilib.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.