“Şəhadət” sənədli film
05 aprel 2018 | Gəncə şəhəri, Azərbaycan Respublikası

Gənclər Evində şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi əsasında hazırlanmış “Şəhadət” sənədli filminin 3 seans olmaqla nümayişi həyata keçirilib.

Tədbirdə Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov, idarə əməkdaşları, şəhərin ali və orta ixtisas təhsili müəssisələrinin tələbə-gəncləri iştirak ediblər.

"Şəhadət" sənədli filmi Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinə həsr olunub. Filmdə şəhid qəhrəmanlarla yanaşı, dini fanatizm və radikalizm təsirinə məruz qalaraq bir sıra xarici ölkələrdə ekstremist - terrorçu silahlı birləşmələrin tərkibində döyüşmüş şəxslərdən bəhs olunur. Bu iki müxtəlif amal uğrunda mübarizə aparmış Azərbaycan gənclərinə cəmiyyət, onların ailələri, yaxınları və dostları tərəfindən göstərilən fərqli münasibət diqqətə çatdırılır.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.