“KönüllüSƏN-2” layihəsi çərçivəsində “3D Modelləşdirmə” təlimi
06 aprel 2018 | Gəncə şəhəri, Azərbaycan Respublikası

“Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşkilatçılığı, Gəncə şəhər Gənclər evinin ev sahibliyi ilə KönüllüSƏN-2” layihəsi çərçivəsində ilk təlim baş tutub. Cəlal Qurbanov tərəfindən keçirilən təlimin əsas məqsədi gənclərin informasiya və telekommunikasiya sahəsində yeni biliklər əldə etməsi, 3D modelləşdirmənin təməl prinsiplərinə yiyələnmələri və dizaynerlik sahəsinə marağın artırılmasıdır.

Məlumat üçün bildirək ki, KönüllüSƏN-2” təcrübə proqramı çərçivəsində ümumilikdə fərdi inkişafla bağlı müxtəlif təlimlər, görüşlər, gənclərin öz irəli sürdükləri xüsusi idealar və bir çox sahələrlə əlaqəli fəaliyyətlər təşkil ediləcəkdir.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.