“Əsas həyati bacarıqlar” layihəsi çərçivəsində növbəti təlimlər
01 aprel 2018 | Binəqədi rayonu, Azərbaycan Respublikası

01.04.2018-ci il tarixində Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsində “Əsas həyati bacarıqlar” layihəsi çərçivəsində aşağı yaş qrupları üçün növbəti təlim keçirilib. Bu tarixdə iştirakçılar təlimçi, psixoloq Aytac Abbasbəyli ilə “Fəal dinləmə və maneələri” haqqında müzakirələr aparıblar. Müzakirələrdə sağlam münasibətlər yaratmaq, məktəbdə, işdə və ya gündəlik həyatda problemləri həll etmək və uğurlu insan olmaq üçün dinləmənin rolunun böyük olduğu qeyd olunmuşdur. Sonra təlimçi tərəfindən verilən senarilərə uyğun olaraq uşaqlar dinləmə maneələri və onlardan xilas olmaq yolları ilə bağlı rol oyunlarını canlandırıblar.



01.04.2018-ci il tarixində "Əsas həyati bacarıqlar" layihəsi çərçivəsində Mərdəkanda yerləşən Dendroloji parkda "Şəxslərarası effektivlik" mövzusunda yuxarı yaş qrupları arasında növbəti təlim keçirilib.

Təlimin gedişatında mövzu “Ünsiyyət prosesi zamanı sərhədlərin müəyyənləşdirilməsi” və “Yox demə bacarığı” olmaqla iki qola bölünməklə davam edib. Həmçinin iştirakçılarla birlikdə müxtəlif qrup işləri və enercayzerlər təşkil edilib. Təlim Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsinin metodisti Mahmud Məmmədzadə tərəfindən keçirilib.

Keçirilən təlim sonrası iştirakçıların asudə vaxtının səmərəli təşkili məqsədi ilə onlar Dendraloji parkla tanış ediliblər.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.