31 mart azərbaycanlıların soyqırımına həsr olunmuş simulyasiya oyunu
31 mart 2018 | Binəqədi rayonu, Azərbaycan Respublikası

31.03.2018-ci il tarixində Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsi və Bakı Dövlət Universiteti Hüquq fakültəsi Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə 1918-ci il 31 mart tarixində ermənilər tərəfindən törədilən azərbaycanlıların soyqırımının 100 illiyinə həsr olunmuş ATƏT-in Minsk qrupunun simulyasiya oyunu keçirilib.

Konfransın keçirilməsində əsas məqsəd gənclərin soyqırım və təcavüzkarlıq siyasətinin əsl mahiyyətini hərtərəfli araşdırmasından ibarət idi. Müxtəlif mövzularda təşkil olunan simulyasiya oyunları gənclərin hüquqi araşdırma qabiliyyətini, analiz etmə bacarıqlarını inkişaf etdirmək baxımından müstəsna əhəmiyyət daşımaqla bərabər strateji bir oyun kimi son zamanlar gənclər arasında xüsusilə geniş yayılıb. Bu baxımdan təsadüfi deyil ki, keçirilən konfrans çərçivəsində 13 ölkə təmsil olunub. Azərbaycan dilində keçirilən konfransın sonunda iştirakçılara müxtəlif nominasiyalar üzrə sertifikatlar təqdim olunub.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.