Gənclər Evində yeni tədris ilinin 2-ci sınaq imtahanı
06 noyabr, 2016 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

06 noyabr 2016-cı il tarixdə Gənclər Evində 2, 3 və 4–cü sinif şagirdləri arasında ümumi biliklərinin yoxlanması məqsədilə növbəti sınaq imtahanı keçirilib. İmtahanda şəhər məktəblərinin ibtidai sinif şagirdləri böyük həvəslə iştirak ediblər. Sınaq imtahanında iştirak edən şagirdlərin valideynləri uşaqlarının biliklərini yoxlamaq üçün belə sınaqların keçirilməsinin əhəmiyyətli olduğunu qeyd ediblər.

İmtahan nəticələrinə görə 1, 2 və 3-cü yer tutan şagirdlər sertifikatla təltif olunucaqlar. Əlavə olaraq 1-ci yerin qalibləri növbəti sınaq imtahanına pulsuz bilet əldə edə biləcəklər.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.