Binəqədi rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “Dama” birinciliyi
26-27 oktyabr, 2016 | Binəqədi rayonu, Azərbaycan Respublikası

Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 26-27 oktyabr 2016-cı il tarixlərdə Binəqədi rayon Gənclər evində rayon orta ümumtəhsil məktəblərinin I – XI sinif şagirdləri arasında “Dama” birinciliyi keçirilib.

Birincilikdə 32 komanda tərkibində 6 nəfər olmaqla ümumilikdə 192 nəfər şagird iştirak edib.

Yarışın nəticəsinə görə I yeri 30 nömrəli tam orta məktəbin komandası, II yeri 283 nömrəli tam orta məktəbin komandası, III yeri 244 nömrəli tam orta məktəbin komandası tutub.

Qaliblər Binəqədi rayon Gənclər və İdman İdarəsi tərəfindən medal və diplomlarla təltif olunublar.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.