"Novruz kuboku" uğrunda breyn-rinq
18 mart 2018 | Gəncə şəhəri, Azərbaycan Respublikası

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi və Gənclər Evinin birgə təşkilatçılığı ilə gənc intellektuallar arasında "Novruz kuboku" uğrunda breyn-rinq təşkil olunub.

Bahar bayramı münasibətilə keçirilən breyn-rinqdə 8 komandadan 50-ə yaxın gənc iştirak edib.

Gəncə və Mingəçevir gənclərinin iştirak etdiyi yığma komandaların heyətinə, həmçinin Bakı, Bərdə və Zərdabdan olan intellektuallar da qoşulublar.

Yarışın yekunlarına əsasən, Gəncəni təmsil edən komandalardan ikisi 1-ci və 3-cü yerə, Mingəçeviri təmsil edən komanda isə 2-ci yerə layiq görülüb.

Sonda qalib komandaya "Novruz kuboku", mükafatçılara medal və diplomlar, digər iştirakçılara isə yarışın sertifikatları təqdim olunub.

Yarışda yer tutan komandaların siyahısı:
1. EİDON
2. CHE (Mingəçevir)
3. FeLiNa
4. El-Primero

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.