“Gənclərin Bahar Bayramı” adlı bədii-əyləncəli Novruz tədbiri
17 mart 2018 | Sumqayıt şəhəri, Azərbaycan Respublikası

17 mart 2018-ci il tarixində “Sumqayıt Gənclər evi” sosial xidmət müəssisəsində “Gənclərin Bahar Bayramı” adlı bədii-əyləncəli Novruz tədbiri təşkil edilmişdir.

Müxtəlif sahələri təmsil edən könüllülərin, idarə, müəssisə ve təşkilatların, eləcədə qeyri-hökumet təşkilatlarının nümayəndələrinin iştirakı ilə keçirilən bayramtədbirində çıxış edən Sumqayıt Gənclər evinin direktoru Pəri Vəliyeva Novruz bayramımünasibətilə gəncləri təbrik etmiş, Novruz adət- ənənələrindən danışaraq, onların qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi məqsədilə dövlətimiz tərəfindən mütəmadi olaraq bu istiqamətdə işlərin görüldüyünündən, həmçinin ölkəmizdə aparılan gənclər siyasətindən və gənclərə göstərilən xüsusi diqqət və qayğıdan bəhs edərək,ölkəmizin hərtərəfli inkişafında gənclərimizin üzərinə böyük iş düşdüyünü qeyd etmişdir.

Daha sonra Novruz personajları könüllülərin ifasında canlandırılmış, maraqlı səhnələr, oyunlar və viktorinalar təşkil edilmiş, musiqi və rəqs nümunələri nümayiş etdirilmişdir.Tədbirin sonunda viktorinanın qalibləri hədiyyələrlə təltif olunmuşdur.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.