Novruz Kuboku
17 mart 2018 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

17 mart 2018-ci il tarixində “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin“Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə "Novruz Kuboku" adlı yarış keçirilib. Komandalar öncədən qeydiyyatdan keçərək 6 nəfərdən ibarət komanda formalaşdıraraq yarışda iştirak etməyə şans qazandılar. Yarışın nəticəsi olaraq “Panteon” komandası I, “Revolver” II, “Fenomen” isə III yerin qalibi olub.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.