“Mədəni İrsimiz Azərbaycan” adlı layihəsinin növbəti təlimi reallaşdı
16 mart 2018 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

"Mingəçevir Gənclər Evi" Sosial Xidmət Müəssisəsində reallaşan "Mədəni İrsimiz Azərbaycan" adlı layihə çərçivəsində ikinci təlim günündə iştirakçılara Azərbaycanın mədəniyyət tarixi, mədəni abidələrimiz, mənəvi irsimiz kimi mövzular ətrafında məlumatlar verilib. Təlimçi Azərbaycanın mədəni dəyərləri haqqında iştirakçılarla diskussiya formatında müzakirələr aparıb. İştirakçılar tərəfindən mövzuya uyğun bir sıra tapşırıqlar yerinə yetirilib.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.