“Əsas həyat bacarıqları” layihəsi çərcivəsində keçirilən təlimlər davam edir
16 mart 2018 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, UNICEF və “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin birgə təşkilatçılığı ilə reallaşdırılan "Əsas həyati bacarıqlar"çərcivəsində keçirilən təlimlər davam edir. Böyük yaş qrupunda keçirilən təlimin mövzusu "Özünü qiymətləndirmə"dir.

Təlim müəssisənin psixoloqu Seymur Səfəralıyev və dərnək rəhbəri Firəngiz Telmanlı tərəfindən keçirilib.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.