İlk dəfə səs verən gənclərlə görüş keçirilib
09 mart 2018 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

"Mingəçevir Gənclər Evi" Sosial Xidmət Müəssisəsində Azərbaycan gəncliyinin 2017-2021-ci illərdə Dövlət Proqramının 5.7.3 bəndinin ("Gənclər arasında seçki prosesinin və seçkilərdə (referendumda) iştirakın təbliği, ilk dəfə səs verən gənc seçicilər arasında maarifləndirilmə işinin təşkili") icrası ilə əlaqədar ilk dəfə səs verən gənclərlə görüş keçirilmişdir. Görüşdə Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin rəisi K. Nəcəfli, "Mingəçevir Gənclər Evi" Sosial Xidmət Müəssisəsinin direktoru T. Kərimov və Dairə seçki komissiyasının nümayəndəsi R. İbrahimli çıxış ediblər.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.