“İdeya dolu gənclik, ideya dolu əcəmi” adlı layihəsinin təqdimatı
09 mart 2018 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

“Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsində “İdeya dolu gənclik, ideya dolu əcəmi” adlı layihəsinin təqdimatı keçirilib. Layihə çərçivəsində dörd gün ərzində gənclərlə ideyalarla bağlı müxtəlif mövzularda təlimlər baş tutacaq.

Layihənin həyata keçirilməsində məqsəd gənclər üçün ideya və fərqli fikirlərin vahid formada toplanmasına şərait yaratmaqdır. Eyni zamanda layihə müddətində gənclərə biznes ideyalar əsasında biznes plan hazırlanması texnologiyası öyrədiləcək.

İlk təlim günündə təlimçi Rəşad Qurbanov tərəfindən ideyalar, onların formalaşması mərhələləri, eyni zamanda yeni ideyalar haqqında məlumat verilib. Təlim zamanı həmçinin ideya bankı haqqında gənclərə müxtəlif biliklər aşılanıb.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.