“Emosional tənzimləmə” mövzusunda növbəti təlim
09 mart 2018 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə UNICEF-in birgə "Əsas həyat bacarıqları" layihəsi çərçivəsində Mingəçevir Gənclər Evində 9 mart 2018-ci il tarixində "Emosional tənzimləmə" mövzusunda 17-24 yaş arası gənclər üçün növbəti təlim keçirilib.

Dərsdən sonra tələbələr aşağıdakıları bacaracaqlara nail oldular:
• Fikirləri, hissləri və davranışları fərqləndirməyi
• Öz arzuolunan və arzuolunmaz hisslərini, emosiyalarını və psixoloji vəziyyətlərini fərqləndirməyi
• Nə qədər stresli olduqlarını və stresin nəyə bənzədiyini, necə hiss yaratdığını ifadə etməyi
• Tələbələr çətin hisslərin/emosiyaların öhdəsindən gəlməyin xüsusi üsullarına dair beyin hücumu təşkil edəcəklər

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.