“Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə “VII Çağırış Kuboku” Mingəçevir seçim turu
06 noyabr, 2016 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

“Xəzər” İntellektual Gənclər Klubu, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Beynəlxalq Klublar Assosiasiyasının lisenziyası əsasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə “VII Çağırış Kuboku” təşkil edilmişdir. Layihənin keçirilməsində əsas məqsəd Azərbaycan Gənclər siyasətinin önəmli istiqamətlərindən biri olan intellektual hərəkatın inkişafı, gənclərin asudə vaxtının səmərəli təşkilindən ibarət olmuşdur.

Layihənin final mərhələsinə vəsiqə qazanmaq üçün təşkil olunmuş Mingəçevir şəhər seçim turu Mingəçevir Gənclər Evində keçirilib. İntellektual yarışda iki qrup olmaqla ümumilikdə 10 komanda iştirak edib. Olardan iki komanda final mərhələsinə vəsiqə qazanıb.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.