“5 mart Bədən Tərbiyəsi və İdman Günü”nə həsr olunmuş tədbir
05 mart 2018 | Gəncə şəhəri, Azərbaycan Respublikası

5 mart Heydər Əliyev Park kompleksində Gənclər evində Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə “5 mart Bədən Tərbiyəsi və İdman Günü” nə həsr olunmuş tədbir keçirildi.Tədbirdə Gənclər və İdman Baş İdarəsnin rəisi Müşfiq Cəfərov,Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Kənan Məmmədov, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən təqdim olunmuş şöhrət ordenli Elçin Zeynalov və şəhərdə fəaliyyət göstərən idman məktəblərinin direktorları çıxış edərək Gəncə şəhərində idmanın günü-gündən inkişaf etdiyini bildirdilər. Həmçinin tədbirdə şəhərin Avropa, dünya və beynəlxalq yarışlarda yüksək nailiyyətlər qazanmış idmançıları Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən fəxri fərman və hədiyyələrlə mükafatlandırıldılar.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.