Stolüstü tennis idman növü üzrə Gəncə şəhər çempionatı
03 mart 2018 | Gəncə şəhəri, Azərbaycan Respublikası

3 mart 2018-ci il tarixdə Heydər Əliyev Park kompleksi Gənclər evində Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə “5 mart Bədən Tərbiyəsi və İdman Günü”nə həsr olunmuş universitet, kollec, peşə məktəbləri və peşə liseylərinin müəllim və professor heyəti arasında stolüstü tennis idman növü üzrə Gəncə şəhər çempionatı keçirilib.

Yarışda 40 nəfər müəllim iştirak etmişdir. Qaliblər Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən mükafatlandırılmışlar.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.