28 fevral 2018-ci il tarixində Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Gəncə Gənclər evində gənclərin dövlətin özünüməşğulluq proqramları ilə ilkin tanışlığı, fərdi biznesə və startaplara başlamaları üçün məlumatlandırıcı görüş keçirilmişdir.
Beynəlxalq Əmək Təşkilatının peşəkar təlimçisi Azad Rəhimovun iştirakı ilə keçirilən görüş zamanı gənclər mövcud əmək bazarı, onların gələcək kariyelalarında özünəməşğulluğun əhəmiyyəti, CV yazmaq bacarıqları və s. barəsində ilkin maarifləndirici məlumatları almış və onları maraqlandıran suallara cavab tapmışlar. Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov çıxışında, əsasən, tələbələrdən təşkil olunan auditoriyanı maraqlandıran başlıca məsələlərə toxunmuş və onlara gələcək həyatlarında uğurlar arzulamışdır.
Görüşdə 75 nəfər gənc iştirak etmişdir.