Xocalı Soyqırımı"nın 26-cı il dönümünə həsr edilən tədbir
22 fevral 2018 | Gəncə şəhəri, Azərbaycan Respublikası

Gənclər evinin akt zalında Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi, Gəncə Musiqi Kolleci TGT-ı və Gənclər Evi SXM-n birgə təşkillatşılığı ilə "26 fevral - Xocalı Soyqırımı"nın 26-cı il dönümünə həsr edilən tədbir təşkil olunub.

Tədbirin əvvəlində dövlət himni səsləndirilib, sonradan soyqırım qurbanlarının ruhu bir dəqiqəlik sükutla yad edilib.

Rəsmi hissədə Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov Xocalı Soyqırımının xalqımıza qarşı tarixin ən dəhşətli faciələrindən biri olduğunu vurğulayıb və gənclərin bu tarixi heç zaman unutmayacağını söyləyib.

Daha sonra gənclər soyqırım haqqında videoçarxa tamaşa ediblər.

Bədii hissədə gənclərin ifasında faciəni əks etdirən tamaşa nümayiş edilib, şerlər oxunub, vətənpərvər ruhlu mahnılar ("Ana mən şəhid oldum", "Hay ver mənə cənab leytenant","Torpağın səsi" vəs.) ifa olunub.

Tədbirə dəvət olunmuş Xocalı sakini Sərxan şahidi olmuş erməni vəhşiliklər barədə gənclərə danışıb.

Tədbirdə Xocalı Soyqırımı haqqında məlumatları əks etdirən xüsusı bukletlər gənclərə təqdim olunub.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.