Gəncə Gənclər Evində “Çoxmənzilli binaların idarə edilməsi” layihəsi mövzusunda seminar-treninqi
31 yanvar 2018 | Gəncə şəhəri, Azərbaycan Respublikası

31 yanvar 2018-ci il tarixdə “İqtisadi İnkişafa və Aqrar Layihələrə Dəstək” və “Əmlak Bazarı İştirakçıları” İctimai birliklərinin təşəbbüsü ilə Gəncə Gənclər Evində “Çoxmənzilli binaların idarə edilməsi” layihəsi mövzusunda seminar-treninqi keçirilmişdir. Seminarın Gəncə Şəhər İcra Hakimiyyəti təmsilçisi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Gəncə şəhəri şöbəsinin əməkdaşları, Kəpəz və Nizami rayonlarından olan mənzil mülkiyyətçiləri, müxtəlif ictimai birliklərin və digər əlaqədar təşkilatların nümayəndələri iştirak etmişdir.

Seminarda canlı fikir mübadiləsinə üstünlük verilmiş, mövcud olan problemlərin həll edilməsi geniş müzakirə olunmuşdur. Tədbir iştirakçıları çoxmənzilli binaların idarəetmə qaydalarındakı fərqləri və bu qaydaların hər birində yarana biləcək riskləri öyrənmişlər. Seminar təşkilatçıları ayrı-ayrı binalarda problemləri müzakirə edərək, onların qarşısını almaqda xüsusi rolu olan alqoritm hazırlamaq qənaətinə gəlmişlər.

Tədbirdə “İqtisadi İnkişafa və Aqrar Layihələrə dəstək” İB-nin “Əmlak Resurs Mərkəzi” tərəfindən hazırlanan “Çoxmənzilli binaların idarə olunması” adlı məlumat sorğu kitabının təqdimatı keçirilmişdir.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.